İstanbula bakidan gediş və dönüş "126 EUR"
- Bələdçi

- Jun 20, 2020
- 2 min read
Updated: 3 days ago
Hər kəsin bildiyi kimi bizlər üçün Türkiyəyə getməyə heç bir visa prosedurunda iştirak etməyə gərək yoxdur, buna görədə İstanbulda olmayanlar üçün yaxud olubda dadı damağında qalanlar üçün 126 Avroya (240 AZN) sizlərə bilet əldə etmişik. Biletin tarixi Noyabr ayına təsadüf edir. Daha dəqiqliklə desək 8 Noyabr Bakıdan İstanbula uçuş və 18 Noyabr İstanbuldan Bakıya birbaşa geri qayıdış.




İstanbul — Türkiyənin ən böyük şəhəridir. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.
İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir.[6] Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir.
Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330-395-ci illər arasında Roma İmperiyası, 395-1204 və 1261-1453 illəri arasında Bizans İmperiyası[7], 1204-1261 arasında Latın İmperiyası və son olaraq da 1453-1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir.[8]
“Az məbləğdə pulunuz var və səyahət etmək sizə mümkünsüz görünür? O zaman siz düzgün ünvandasınız, biz sizə ən ucuz və münasib qiymətə biletlər taparaq sizin səyahətinizi rəngarəng etmək üçün sizin xidmətinizdəyik və heç bir komissiyya tələb etmədən.”
Necə əldə etməli?
Bu biletləri əldə etmək üçün sonda yerləşdirdiyimiz linkə tıklamağınız kifayətdir, İstanbul ilə əlaqədar əlavə məlumat əldə etmək istəsəz sizin Bələdçiniz daima sizin xidmətinizdədir, sadəcə mənə sualınızı yazmağınız kifayət edir. (#İstanbul #Travel)
Biletə keçid üçün aşağıdakı linkə tıklayın:
Hər kəsə əyləncə dolu səyahət arzu edirik!








Comments